EN

Tramp Zelenski ilə görüşmədi

ABŞ Prezidenti Donald Trampın Kanadada keçirilən “Yeddilər qrupu” (G7) sammitindən vaxtından əvvəl ayrılması səbəbindən Ukrayna Prezidenti Volodimir Zelenski ilə planlaşdırılan görüş baş tutmayıb.

Sitat.info xəbər verir ki, bu barədə Avstriyanın “Die Presse” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, iyunun 16-da Zelenski Avstriyanın paytaxtı Vyananı ziyarət etdikdən sonra Kanadaya yola düşüb. Onun G7 sammitində ABŞ Prezidenti Donald Trampla görüşü nəzərdə tutulsa da, Trampın sammiti vaxtından əvvəl tərk etməsi səbəbindən görüş ləğv olunub.

Chosen
11
3
sitat.info

4Sources