EN

İran-İsrail münaqişəsində NÜVƏ ZƏRBƏSİ EHTİMALI: Yerin altını üstünə çevirə biləcək…

Tehran nüvə zərbəsinə hazırlaşır. Bu barədə “The Washington Post” iki məmura istinadən məlumat verib.

ABŞ prezidenti Donald Tramp İran paytaxtının dərhal boşaldılmasını tələb edib. Ağ Ev də dərhal evakuasiya ilə bağlı sözləri vurğulayaraq məlumat dərc edib.

Öz növbəsində on minlərlə insan Tehranı tərk etməyə başlayıb və bununla da çox kilometrlik tıxac yaranıb.

Pentaqon da öz növbəsində Yaxın Şərqə əlavə ABŞ qüvvələrinin köçürülməsinə başladığını açıqlayıb.

Hadisələrin necə cərəyan edə biləcəyi və hər iki dövlətin nüvə silahından istifadə etmək ehtimalını İnterpress.az-a konfliktoloq Elman Vəliyev şərh edib.

O bildirib ki, hadisələrin inkişafı İranın parçalanmasına, hakimiyyət və quruluş dəyişikliyinə gətirib çıxara bilər.

“Çoxumuza məlumdur 1979 hadisəsi – Xomeyninin Fransadan gətirilib “şiə məzhəbli” İran İslam Respublikasının qurulması. Səbəbkarlar da CIA, MOSSAD, MI6 idi. Özləri islam görünüşlü respublika qurdular.
Madam ki, islam dövləti istəmirlərsə, niyə özləri şiə məzhəbli dövlət qurdular?! Buna strateji planlama desək, daha məntiqli olar.
Hazırda İranda güc strukturlarından tutmuş ali dini liderə kim personal İsrailə məxsusdur. İranda quruluş dəyişikliyi – bu, daha məntiqlidir. İsrail artıq göstərmək istəyə bilər ki, islami idarəetmələr fəsadlar törədir və sonları çatmalıdır.
İsrail 1979-cu ildən bəri hazırladığı planı icra edir artıq. İran zatən əvvəldən onların idi. İndi Orta Şərqdə fərqli bir infrastruktur, fərqli bir dizayn qurmağa çalışırlar. Kürdlərə ərazilər vermək, bəlkə şimalı qoparmaq və sair”, – ekspert vurğulayıb.
Elman Vəliyev İranın və ya İsrailin nüvə silahından istifadə edə biləcəyi ilə bağlı təhdidlərə də münasibət bildirib.
“İranı deyə bilmərəm, amma İsrail edə bilər. Nüvədən istifadə etmək zarafat deyil. Yerin altını üstünə çevirə biləcək bir silahdan bəhs edirik.
“Savaş” bir az da gedəcək. İşin məcrası tamam dəyişəcək. Tramp işə qarışacaq. İsrail hədəfini tamamlayacaq. Bir az dalaşıb, sonra sakitləşəcəklər.
İran tərəfinə deyiləcək ki, denən şərtləri qəbul edirik, nüvə silahına sahib olmayacağıq.
Bunu görən digər dövlətlər də qorxu içində yaşayacaq. Bu da hazırkı situasiyaya uyğun variantdır. Oyunun qurucusu İsraildir və qalibi də odur!”, – konfliktoloq fikirlərin i tamamlayıb.
Xuraman Etibarlı
İnterpress.az
Chosen
14
interpress.az

1Sources