EN

“Euronews” telekanalı Bakı Enerji Həftəsi barədə süjet hazırlayıb

“Euronews” telekanalı bu il 30 illiyini qeyd edən Bakı Enerji Həftəsinə həsr olunmuş reportaj hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, iyunun 2-4-də baş tutmuş tədbir Azərbaycanın 2030-cu ilə qədər ölkənin enerji sisteminin quraşdırılmış gücünün 35 %-dən çoxunu təşkil edəcək 6,5 QVt bərpa olunan enerji gücü yaratmaq istəyinə diqqət çəkib.

"Tədbirin məqsədi dünyaya missiyamızın və baxışımızın nə olduğunu söyləmək idi. Ənənəvi enerji resursları ilə yanaşı, biz həm də “yaşıl enerji” və dekarbonizasiya sahəsində öz baxışımızı bölüşürük", - energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Telekanal vurğulayıb ki, bu, sadəcə enerji sahəsində mövcud imkanların və Azərbaycanın bu məsələdəki rolunun nümayişi deyil.

"2050-ci ilə qədər biz sıfır emissiyalı enerji şirkətinə çevriləcəyik. Bizim həmçinin 2030 və 2035-ci illər üçün çox iddialı hədəflərimiz var", - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev bildirib. O qeyd edib ki, Azərbaycan dekarbonizasiyaya və bərpa olunan enerji istehsalına çalışır.

“Euronews” vurğulayıb ki, Bakı enerji həftəsi enerji təhlükəsizliyi, texnoloji tərəqqi və siyasi əməkdaşlıq mövzularını yaxınlaşdırmağa imkan verib.

"Enerji təhlükəsizliyi və təmiz enerjinin ixracı vacib mövzulardır. Bu regiona enerji, ərzaq və su təhlükəsizliyi baxımından böyük diqqət yetirilir. Bu əla platformadır. Biz Azərbaycanın yolunu dəstəkləmək üçün buradayıq", - telekanal "Masdar" şirkətinin (BƏƏ) MDB regionunda biznesin inkişafı və investisiyalar şöbəsinin rəhbəri Məriyəm Əl-Məzruinin sözlərini sitat gətirir.

Chosen
5
4
bakivaxti.az

5Sources