ABŞ Prezidenti Donald Tramp məşhur jurnalist Taker Karlsonu İran və İsrail arasındakı münaqişəyə müdaxilə ilə bağlı xəbərdarlığından sonra "dəli" adlandırıb.
Oxu.Az-ın xəbərinə görə, Tramp "Truth Social" platformasındakı paylaşımında bununla bağlı narazılığını dilə gətirib.
"Lütfən, kimsə səfeh Taker Karlsona izah etsin ki, İran nüvə silahına sahib ola bilməz!" - deyə yazıb.
Qeyd edək ki, daha əvvəl Karlson ABŞ-nin İranla potensial müharibə səbəbindən fəlakətlə üzləşə biləcəyi ehtimalını irəli sürmüş və ABŞ ordusunun tammiqyaslı döyüş əməliyyatlarına hazır olmadığını iddia etmişdi. O, həmçinin prezidenti tənqid edərək, onu illərdir maliyyə və silah tədarükü vasitəsilə İsrailin İrana qarşı hərəkətlərində "iştirak etməkdə" ittiham edib.
“Cebheinfo.az”