EN

İran tək qalıb - Müttəfiqləri ona niyə kömək etmək istəmir ?

"İranın dəstəklədiyi bir çox qrupları əslində İran yaratmayıb".


Sfera.az xəbər verir ki, bu fikirləri İran ətrafında yaranan vəziyyəti şərh edən zaman siyasi şərhçi Elman Vəliyev bildirib. 


Ekspert qeyd etdi ki, bölgədəki bir çox militan qrup, o cümlədən husilər və İraq şiə dəstələri vahid ideologiya əsasında deyil, konkret maraqlar çərçivəsində formalaşıb:

 

“Bölgədəki silahlı qruplaşmaların, militanların çoxunu elə İsrail və Amerika formalaşdırıb. Onların vahid ideoloji xətti yoxdur, maraqlara xidmət edirlər. Məsələn, İraqda Amerika Səddamı devirdi və öz hakimiyyətini qurdu. İndi orada ABŞ-nin nəzarəti altında olan yerdə kim İranı dəstəkləyə bilər ki?”.

 


E.Vəliyev Livan “Hizbullah”ının vəziyyətini digər qruplaşmalardan fərqləndirir.

 

Onun sözlərinə görə, bu fərq də onun İrana açıq şəkildə yardım etməsinə imkan vermir: “"Hizbullah"ı deyə bilmərəm, çünki onun siyasi baxışı və vektorları digərlərindən fərqlidir. Amma niyə kömək etmir sualına iki izah vermək olar.


Birincisi, “Hizbullah" yaxşı bilir ki, İranda İsrailin strateji planlaması icra olunur. Necə ki, İraqda hakimiyyəti dəyişib özlərinə uyğun bir sistem qurdular, oxşar addım 1979-cu ildə İranda atılmışdı. O zaman da İranda İslam rejimini İsrail və Amerika formalaşdırdı, Ruhullah Xomeynini onlar gətirdilər. Bu gün baş verənlər də bu planın bir hissəsidir.

 

İkinci səbəb isə daha praqmatikdir. Məsələn, Livan İranla yaxındır. Amma İsraillə sərhəddə yerləşir. Livanın İsrailin qonşusu olduğu halda İranı dəstəkləməsi təhlükəlidir. Bu ölkədə yerləşən "Hizbullah" İrana dəstək versə hər an çətin vəziyyətə düşə bilər, İsrailin cavab zərbələri ilə qarşılaşa bilər”.


Bəsti Rəfizadə
Sfera.az

Chosen
6
sfera.az

1Sources