“Parma”nın baş məşqçisi postuna Mark van Bommel təyin edilə bilər.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis “İnter”ə yollanan Kristian Kivunun yerinə əsas namizəddir. Siyahıda daha əvvəl “Roma”ya rəhbərlik etmiş Daniele De Rossi də var.
“Parma” 2024/25 mövsümündə A Seriyasında16-cı yeri tutub. Komanda 38 matçda 36 xal toplamışdı.