EN

Metyu Perrinin həkimini 40 il həbs gözləyir - Səbəb

“Friends” serialında Çandler Binq rolu ilə məşhurlaşan Metyu Perri oktyabrın 28-də Malibudakı evində ölü tapılıb. 54 yaşlı aktyorun "ketaminin kəskin təsirindən"öldüyü bildirilir. Perrinin bədənində tapılan anestezik ketamini necə əldə etməsi ilə bağlı araşdırma başlayıb.

Kulis.az xəbər verir ki, ölümü ilə bağlı 5 nəfər, o cümlədən iki həkim və aktyorun şəxsi köməkçisi həbs edilib.

Sənətçinin ölümü ilə bağlı həbs olunan həkimlərdən biri 4 ittihamla üz-üzədir. Həkim Salvador Plasensia ölümcül dozada ketamin vermək ittihamını boynuna alacağı təqdirdə onu 40 ilə qədər həbs cəzası gözləyir.

O, tibbi səbəb olmadan ölümündən bir neçə həftə əvvəl aktyora ketamin verdiyini etiraf edib.

Ötən il yayılan sənədlərdə bildirilir ki, Salvador başqa bir həkimə bunları yazıb:

“Görəsən, bu axmaq nə qədər ödəyəcək... Gəlin öyrənək”.

İddialara görə, həkim istintaq zamanı aktyora ketamin yazdığını göstərmək üçün saxta “müalicə planı” yaradaraq izlərini gizlətməyə çalışıb.

Chosen
8
1
kulis.az

2Sources