EN

“Qumar kralı”nın işi ilə bağlı tutulan şəxs azadlığa çıxdı

“Qumar kralı” kimi tanınan Yusif Baqiyevin (Şəkili) cinayət işi ilə əlaqədar həbs olunan Pərviz Məmmədov azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi bir neçə gün əvvəl P.Məmmədov barəsində seçilmiş həbs qərarını ləğv edib.

Yeni qərarla Şəkili Yusifin sağ əli kimi tanınan Pərviz Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, o, məhkəmə zalından azad edilib.

Qeyd edək ki, Şəkili Yusif və Pərviz Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyyətinə cəlb edilib. Onlar qumar oyunları təşkil etməkdə və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında ittiham olunurlar.

Sail Ağasəlim

 
Chosen
2
15
qafqazinfo.az

10Sources