EN

Bir-birinə qohum olan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Sənət aləmində, eləcə də digər tanınmış simlar arasında bir-birinə yaxın və uzaq qohum olan məşhurlar var. Onlardan bəziləri ictimaiyyətə məlum olasa da, bəziləri bir çoxlarına sirr olaraq qalıb. 

Bu dəfə Far.Az saytı olaraq sözügedən məşhurlar barədə araşdırma etdik. Bir-birinə qohum olan məşhurların siyahısını siz oxuculara təqdim edirik:

Əməkdar artist Almaz Ələsgərlinin mərhum Xalq artisti Yalçın Rzazadə və bəstəkar Cahangir Cahangirovla qohumudur. Bu barədə sənətçi açıqlamalarından birində qeyd etmişdi:

"Yalçın Rzazadə xalamın yoldaşıdır. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri idi. Ondan musiqi ilə bağlı məsləhətlər alırdım. Bəstəkar Cahangir Cahangirov da mənim dayımdır. Ümumiyyətlə ana tərəfimin hamısı musiqiçilərdir. Anam isə tar ifaçısı olub".

Müğənni Almaz Saraylı Xalq artisti Brilliant Dadadaşovanın və mərhum bəstəkar Nailə Mirməmmədlinin qohumudur. 

"Brilliant Dadaşova mənim xalamın nəvəsidir. Mərhum bəstəkar Nailə Mirməmmədli isə mənim əmim qızıdır" - deyə Saraylı qeyd edib.

Aktyor Nicat Rəhimov və müğənni Rüfət Axundov mərhum Xalq artisti Yaşar Nurinin qohumlarıdır. 

Xalq artisti Rüfət Axundovun dayısıdır. Nicat isə aktyorun bibisinin nəvəsidir. 

Müğənni Almaxanımla məşhur müğənni İzzət Bağırovla qohumdur. O İzzətin bacısıqızıdır.  

Müğənni Mina Hüseyn şou-biznesin iki məşhuru ilə qohumdur. 

"Elnarə Xəlilova xalam qızıdır. Müğənni Almaz Saraylı isə xalamdır".

Aparıcı Nəsib Nur müğənni Səidə Sultanla qohumdur. O Səidənin bacısı  Pərvanə ilə evlidir. Məşhurlar yeznə-baldıdırlar. 

Xalq artisti Brilliant Dadaşov müğənni Nərmin Kərimbəyova ilə də qohumdur. Dadaşova bildirib ki, onların baba və nənəsi bacı-qardaş olub:

"Biz bacı-qardaşın nəvələriyik. Xeyransa xanım mənim nənəm idim. Əbülfəz Nəcəfov Nərminin babası idi. Nərminin anası və atası da həkimdir".

 

Aparıcılar Turan İbrahimov və Murad Əzimov dayıoğlu-bibioğludurlar. Murad Əzimzadə Turan İbrahimovun bibisi oğludur. 

Xalq artisti Mələykə Əsədova həmkarı Zahidə Günəşlə xalaqızıdırlar. 

Chosen
3
1
far.az

2Sources