EN

Siber müharibə başladı: Suiqəsdlərin arxasında “Birim 8200” dayanır

İsrail-İran münaqişəsi rəqəmsal müstəviyə keçib. Haker hücumları, saxta xəbərdarlıqlar və artan suiqəst əməliyyatları müharibənin yeni – görünməz – cəbhəsini ortaya qoyur.

Sherg.az xəbər verir ki, İsrail və İran arasında davam edən hərbi qarşıdurma artıq yalnız raket və hava hücumları ilə məhdudlaşmır. İsrail vətəndaşlarına göndərilən saxta fövqəladə xəbərdarlıqlar və psixoloji əməliyyatlar, kiber döyüşün intensivliyini göstərir.

Suiqəstlər və “Birim 8200”

 
İsrailin İranda yüksək rütbəli şəxslərə qarşı həyata keçirdiyi suiqəsdlər diqqəti “Birim 8200” adlı elektron kəşfiyyat birliyinə yönəldib. Bildirilir ki, bu birlik İran daxilindəki bir çox əməliyyatın koordinasiyasında əsas rol oynayıb.

İddialara görə, bu qurum HƏMAS lideri İsmayıl Haniyənin izlənməsində, Hizbullah cihazlarının partladılmasında və 20-dən çox İran komandirinin, 14 nüvə aliminin yerinin müəyyənləşdirilməsində iştirak edib.

Birim 8200 nədir?

1940-cı illərdə yaradılmış bu birlik, İsrail Müdafiə Qüvvələrinin siqnal kəşfiyyatı, kod deşifrə və elektron casusluq fəaliyyətlərinə rəhbərlik edir. Dünyanın ən qabaqcıl texniki kəşfiyyat orqanlarından biri hesab olunur.

Elektron hücum metodları

Əməliyyatlardan əvvəl hədəflərin mobil trafikləri, sosial media fəaliyyətləri və səfər planları araşdırılır. Əməliyyat zamanı isə dronlar vasitəsilə hücumlar təşkil edilir, siqnal pozucu sistemlərdən istifadə olunur. Birliyin 5-8 min əməkdaşı və yüksək səviyyəli kriptoqrafiya laboratoriyası var.

İranın cavabı və artan hücumlar

İsrailin əməliyyatlarına cavab olaraq, İrandan qaynaqlanan kiber hücumlar 700% artıb. Hədəf alınan sahələrə dövlət qurumları, banklar, rabitə və enerji infrastrukturu daxildir.

Siber cəbhə müharibənin taleyini dəyişə bilər

Mütəxəssislərə görə, İranla əlaqəli haker qrupları daha sistemli və aqressiv şəkildə fəaliyyət göstərir. Rəqəmsal hücumlar coğrafi sərhədləri aşaraq müharibənin nəticəsinə birbaşa təsir göstərə bilər.
Chosen
4
1
sherg.az

2Sources