EN

Ərdoğan Trampla Pezeşkianı İstanbula DƏVƏT ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranla ABŞ arasında dayandırılmış nüvə danışıqlarını yenidən başlatmaq məqsədilə, ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkianı İstanbula dəvət edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Türkiyənin əsas məqsədi – İranın nüvə proqramı ilə bağlı danışıqlar masasını bərpa etməkdir. Bu məqsədlə Ərdoğan şəxsi təşəbbüslə prosesə daxil olub.

Məqalədə qeyd olunur:

“Bu təklif Ərdoğanla Tramp və Pezeşkian arasında aparılan danışıqların əsas gündəm mövzusuna çevrilib. Ərdoğan Trampa ilk dəfə belə deyib: ‘Gəlin sizi və Pezeşkianı İstanbula dəvət edək, bir həll yolu tapaq’.”

Nəşrin məlumatına görə, Tramp bu təklifə müsbət reaksiya verib və dərhal cavab olaraq bildirib:

“Təyyarəm hazırdır, mən gələ bilərəm.”

Bu açıqlama, Trampın dialoqa açıq olduğunu və münaqişənin diplomatik yollarla həllinə razılıq verə biləcəyini göstərir.

Ərdoğanın bu təşəbbüsü, İranla İsrail arasında müharibə riskinin artdığı və regionda sabitliyin pozulduğu bir dövrdə irəli sürülüb. “Rising Lion” əməliyyatı, İranın cavab raket zərbələri, ABŞ-ın tərəddüdlü reaksiyası və mülki əhalinin əziyyət çəkməsi, bütün tərəflərin masa arxasına dönməsinin vacibliyini bir daha gündəmə gətirib.

Əgər Tramp və Pezeşkian Ərdoğanın dəvətini qəbul etsələr, İstanbul yenidən regional və qlobal sülh danışıqlarının mərkəzinə çevrilə bilər. Bu da Türkiyənin beynəlxalq nüfuzunun və vasitəçilik rolunun güclənməsi deməkdir.

Bizim.Media

Chosen
4
1
bizim.media

2Sources