Bakı. Trend:
İsrailin İrana hava hücumları fonunda Təbriz şəhərində ikipartlayış qeydə alınıb.
Trend xəbər verirki, bu barədə İranın hökumət-yönümlü “Mehr” xəbər agentliyi məlumatyayıb.
Məlumata əsasən, partlayışlar 5 dəqiqəlik intervalla baş veribvə hadisədən sonra səmaya qatı tüstü qalxıb. Dağıntıların miqyasıvə zərərçəkənlərin olub-olmaması barədə hələ ki, məlumatverilmir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb