EN

Şri-Lanka sabiq prezidenti: “G7 tarix səhnəsindən silinir, onun yerini G20 tutur”- ÖZƏL

Olaylar.az xəbər verir ki, Şri-Lankanın sabiq prezidenti, "Geosiyasi Xəritəçi" analitik mərkəzinin təsisçisi Ranil Vikramasinqhe G7 ölkələrinin dövrünün başa çatdığını bildirib. Onun sözlərinə görə, bu gün dünya artıq G7 ətrafında deyil, G20 formatında birləşir.
"Qəbul etməliyik ki, güc mərkəzində ciddi dəyişiklik baş verir və dünya getdikcə çoxqütblü bir quruluşa keçir. G7 artıq tarix səhnəsindən silinir və onun yerini G20 tutur. G20 həmişə vacib rol oynayıb və indi də ölkələr G20 ətrafında birləşirlər, G7 ətrafında yox. Bu həm də BRİKS+ formatının artan rolunun qəbul edilməsidir. Bunu etiraf etmək lazımdır," - deyə o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) ərəfəsində "Valday" klubunun təşkil etdiyi dəyirmi masada çıxışı zamanı deyib.
Vikramasinqhenin fikrincə, ABŞ prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio da qlobal nizamın dəyişdiyini anlayırlar.
Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 18-21 iyun tarixlərində keçiriləcək. Forumun əsas mövzusu "Ortaq dəyərlər - çoxqütblü dünyada inkişafın əsası"dır. Tədbirin təşkilatçısı "Roskonqres" Fondu, informasiya tərəfdaşı isə TASS agentliyidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
olaylar.az

1Sources