ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Animasiya Assosiasiyasının üzvləri Fransanın Ansi şəhərində keçirilən və dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında və MIFA marketində iştirak ediblər. Səfər zamanı Assosiasiyanın üzvləri tanınmış animasiya ulduzları ilə görüşüb, müxtəlif animasiya filmlərinin nümayişlərində və premyeralarına qatılıblar. Həmçinin MİFA marketində animasiya studiya, distributor, film fondları və beynəlxalq festivalların direktorları ilə görüşüb, gələcək əməkdaşlıq üçün fikir mübadiləsi aparıblar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Assosiasiyasının sədri Rəşid Ağamalıyev deyib.
Onun sözlərinə görə, Annecy festivalı ilə 2018-ci ildən əməkdaşlığa başlanılıb. “Bu əməkdaşlıq çərçivəsində Azərbaycan animasiyanı bütün dünyaya tanıtdıq, həmçinin ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının yerli müsabiqəsinin qaliblərinə Annecy festivalına səyahət şəraiti yaratdıq. 2023-cü ildə isə “Hədis” animasiya filmi Annecy-də müsabiqədə yarışıb. Annecy festivalı ilə əməkdaşlığın yerli kinematoqrafiya üçün strateji əhəmiyyət kəsb edir. Bu il Annecy festivalında Azərbaycan Animasiya Assosiasiyasının həmtəsisçisi, rejissor Nəzrin Ağamalıyeva və Assosiasiyanın üzvü, ANİMAFİLM Festivalının meneceri Aydan Kazımova iştirak ediblər. Onların səfəri Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə reallaşıb. Annecy festivalında üçüncü iştirakçı Assosiasiyasının üzvü, animasiya rejissoru Zəhraxanım Quluzadə olub. O, 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında “Çox düşünərkən” filminə görə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanıb və səfəri uğuru sayəsində baş tutub. Bu mükafat ənənəvi olaraq ANİMAFİLM festivalı, Annecy Festivalı, Azərbaydandakı Fransa səfirliyi və Fransa İnstitutunun dəstəyi ilə təltif olunur”, -deyə R.Ağamalıyev əlavə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.