EN

İsrailin hərbi əməliyyatı nəticəsində İran Silahlı Qüvvələrinin mərkəzi qərargah rəisi öldürülüb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 iyun, AZƏRTAC

İsrail ordusunun (SAXAL) gecə zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının (“Xatəm əl-Ənbiya” - hava hücumundan müdafiə qüvvələrinin qərargahı) rəisi İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əli Şadmani həlak olub.

AZƏRTAC xəbər verir ki, İsrail ordusu bu barədə özünün sosial media hesabında məlumat yayıb.

“SAXAL-ın Kəşfiyyat İdarəsi tərəfindən alınan dəqiq məlumatlardan sonra İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzindəki komanda mərkəzinə zərbələr endirib. Əməliyyat nəticəsində Əli Şadmani öldürülüb”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Əli Şadmani İranın Ali dini lideri Əli Xameneinin ən yüksəkrütbəli hərbi komandiri və ən yaxın silahdaşı idi.

İsrail hərbçilərinin iddiasına görə, onun ölümü İran silahlı qüvvələrinin komandanlıq sistemini xeyli zəiflədib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
2
azertag.az

3Sources