EN

Rus bölməsi üzrə birinci siniflərə qəbul çərçivəsində məktəb və müəllim seçiminə başlanılıb

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 17-dən etibarən rus bölməsi üzrə birinci siniflərə qəbul çərçivəsində məktəb və müəllim seçimi mərhələsinə başlanılıb.

Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, iyunun 25-i saat 18:00-dək Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin rus bölməsi üzrə birinci siniflərinə qəbul üçün müsabiqəyə yazılma prosesi davam edəcək.

Bununla yanaşı, 25 iyun saat 18:00-a qədər İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132–134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey və “Zəngi” liseyinin rus bölməsi üzrə seçim prosesi aparılacaq.

Qeyd edək ki, bu məktəblərə prioritetlərə uyğun üstünlüyü olan uşaqlar üçün məktəb seçimi, prioritetə malik olmayan uşaqlar üçün isə qəbul üzrə müsabiqəyə qeydiyyat prosesi həyata keçirilir.

 

Chosen
6
26
azertag.az

10Sources