EN

“Amerika olmasa da, yolumuza davam edə bilərik” – Çin liderindən sensasion açıqlama

Dünyada güc balansının dəyişdiyi, böyük dövlətlərin nüfuz savaşı apardığı bir vaxtda, Çin lideri Si Cinpinin sosial şəbəkədəki paylaşımı beynəlxalq gündəmə bomba kimi düşüb. Musavat.com xəbər verir ki, Prezident Si Cinpin özünün “X” (Twitter) hesabında yayımladığı statusda ABŞ-ın əvəzolunmaz olmadığını bildirərək, tarixi imperiyalar üzərindən güclü mesajlar verib.

Si Cinpinin paylaşımında deyilir:

“The world can move on without the United States.”

(“Dünya Amerika Birləşmiş Ştatları olmadan da yoluna davam edə bilər.”)

Ardınca Çin lideri tarixə ekskurs edərək, bir zamanlar dünyanın dəyişməz hegemonu kimi görünən imperiyaların süqutunu xatırladır.

Sitat: "100 il əvvəl Britaniya İmperiyası dünya ticarətini idarə edir, dünya sərvətinin 20 faizindən çoxuna sahib olurdu. O zamanlar bu imperiyanın “günəşinin heç vaxt batmayacağına” inanılırdı. 200 il əvvəl Fransa Avropa səhnəsində dominant gücə çevrilmiş, onun ordularından qorxulur, mədəniyyətinə həsəd aparılırdı. Napoleon özünü ölümsüz elan edirdi. 400 il əvvəl İspaniya tacı, Maniladan Meksikaya qədər uzanan ərazilərdə hökmranlıq edir, gümüş və ipək yüklü xəzinə gəmiləri ilə dünyaya hökm edirdi. İspan kralları öz şöhrətlərinin əbədi olacağına inanırdı"...

Lakin Çin lideri vurğulayır ki, bütün bu imperiyalar özlərini vazkeçilməz hesab etsələr də, zamanla tarix səhnəsindən siliniblər.

Si Cinpinin paylaşımının son hissəsində daha da sərt və açıq mesaj yer alıb:

“Power wanes, influence migrates, and legitimacy dies the moment it’s assumed rather than earned. Should America forfeit the world’s respect, it will discover what every fallen empire learned too late: The world moves on. Always.”

(“Güc zəifləyir, nüfuz yer dəyişir, və legitimlik qazandıqda deyil, sadəcə qəbul edildikdə ölür. Əgər Amerika dünyanın hörmətini itirərsə, digər süqut etmiş imperiyaların gec dərk etdiyi bir həqiqəti anlayacaq: Dünya yoluna davam edir. Həmişə.”)

Musavat.com-a görə bu açıqlama Çinin getdikcə artan qlobal ambisiyalarının və ABŞ-Çin rəqabətinin açıq etirafı kimi qiymətləndirilməlidir. ABŞ-ın dünya liderliyinə meydan oxuyan bu paylaşım, Pekinin Vaşinqtona verdiyi açıq mesaj kimi qəbul olunmalldır.

Görünən odur ki, beynəlxalq sistemdə tarixi dəyişikliklər baş verir və bu dəfə Qlobal Cənubun lideri Çin oyun qaydalarını yenidən yazmaq niyyətindədir.

Musavat.com

Chosen
2
musavat.com

1Sources