EN

Narkokuryerliyə cəlb olunan şəxsdən silah götürüldü VİDEO

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan  37 yaşlı Nail Ağabalayev saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a bildirilib ki, həmin şəxsdən 1 kiloqram heroin, 1 kiloqram  marixuana, 1 ədəd “Makarov” markalı silah və patronlar aşkarlanıb. Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Xaçmaz rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
7
unikal.az

9Sources