EN

Nəsrin Cavadzadə itinə görə tənqid edildi – Foto

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə iti ilə bağlı onu tənqid edənlərə cavab verib.

Tribunainfo.az xəbər verir ki, hazırda Marmarisdə istirahət edən aktrisa sosial media hesabında sevimli iti Dolce ilə birlikdə çəkilmiş görüntüləri izləyiciləri ilə bölüşüb.
Lakin paylaşımlardan sonra bəzi izləyicilər tərəfindən ona “satın alma, sahiblən” prinsipi ilə bağlı tənqidlər yönəldilib. Nəsrin Cavadzadə isə bu tənqidlərə səssiz qalmayıb və yayımladığı açıqlamada bunları deyib:

“Öncəliklə Dolceni satın almamış. İt sahiblənmək istədiyimi bilən bir dostum onu mənə hədiyyə edib. Evimdə də iki küçədən götürərək sahibləndiyim iki pişik var. Bu günə qədər baxdığım bütün heyvanlar 18-19 yaşına qədər yaşayıb. Xroniki bir xəstəlikləri olmasına baxmayaraq Allahın da verdiyi güclə onları uzun illər yaşada bilmişəm”.

Gülşən Rəsul

Chosen
8
tribunainfo.az

1Sources