EN

Rusiyada İran və İsrailə tur satışları dayandırılıb

Rusiya Səyahət Sənayesi Birliyi İsrail və İrana tur satışlarının dayandırıldığını və turistlərə alternativ olaraq Türkiyəyə turların təklif edildiyini açıqlayıb.

Rusiya Səyahət Sənayesi Birliyinin yazılı açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin İran və İsrailə səyahət xəbərdarlığı etdiyi xatırladılıb.

Açıqlamada Rusiyadakı tur şirkətlərinin xəbərdarlıqdan sonra İran və İsrailə tur satışını dayandırdığı, daha əvvəl satılan turlarda da ləğvlərin olduğu bildirilib.

Açıqlamada Misirdəki hadisələrin də yaxından izləndiyi, hal-hazırda İran və İsraildə təxminən 500 turistin olduğu bildirilir.

Açıqlamada fikirlərinə yer verilən Intourist İctimaiyyətlə Əlaqələr Direktoru Daria Domostroeva, "Turistlərə geri qaytarma və ya Türkiyə kimi alternativ yerlər təklif edirik" dedi.

Chosen
7
kommersant.az

1Sources