EN

"OpenAI" "Microsoft"u antiinhisar qanunvericiliyinin pozmağa ittiham edir

"OpenAI" rəhbərliyi "Microsoft" şirkətinin rəqabətə zidd hərəkətləri ilə bağlı ABŞ Federal Ticarət Komissiyasına (FTC) şikayət etməyi nəzərdən keçirir. 

Valyuta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. 

Şirkətlər arasında startapın kommersiya şirkətinə çevrilməsi və intellektual mülkiyyətə çıxış şərtləri ilə bağlı uzanan danışıqlar bu qərarın səbəbi ola bilər.

"OpenAI" ilin sonuna qədər kommersiya şirkətinə çevrilməlidir, əks halda 20 milyard dollar dəyərində sərmayəni itirmək riski ilə üzləşə bilər. 2019-cu ildə "OpenAI"yə 1 milyard dollar sərmayə yatıran "Microsoft", restrukturizasiya baş verəcəyi təqdirdə şirkətdəki payının artırılmasında israr edir. 

Eyni zamanda, "Microsoft" 3 milyard dollara "OpenAI" tərəfindən alınan və onun "GitHub Copilot" məhsulu ilə rəqabət aparan "Windsurf" startapının texnologiyalarına çıxış tələb edir. Bununla belə, "OpenAI" xüsusilə süni ümumi intellektin (AGI) inkişafı kontekstində öz intellektual mülkiyyəti üzərində nəzarəti qoruyub saxlamağa çalışır.

Qeyd edək ki, FTC artıq "Microsoft"un süni intellekt sektoruna yatırdığı sərmayələrlə bağlı araşdırma aparır. Əgər "OpenAI" radikal addım atmağa qərar versə, bu, texnologiya sənayesindəki ən uğurlu tərəfdaşlıqlardan birini təhlükə altına qoya bilər.

Paşa Məmmədli
 

Chosen
10
valyuta.az

1Sources