EN

29 adda məhsulun etiketində Azərbaycan dili pozuntusu aşkarlanıb – Agentlik tədbir gördü

2025-ci ilin yanvar-aprel ayları ərzində aparılmış nəzarət tədbirləri zamanı qeyri-qida məhsullarının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı müəyyən edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən BAKU.WS-ə bildirilib ki, 9 müəssisə tərəfindən idxal olunmuş 29 adda qeyri-qida məhsulunun etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı müəyyən edilib.

Aşkarlanmış pozuntu hallarının aradan qaldırılması üçün həmin müəssisələrə bildirişlər göndərilib və nəticədə məhsulların üzərində Azərbaycan dilində məlumatların yerləşdirilməsi təmin olunub.

Qeyd edək ki, istehlakçıların məhsullar barədə dolğun və başa düşülən məlumat əldə etməsi, həmçinin istehlak zamanı potensial risklərin və aldadılma halların qarşısının alınması məqsədilə qeyri-qida mallarının etiketlərində Azərbaycan dilində məlumatların yerləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu tələblə istehlakçıların seçim hüququ təmin olunur və bazarda şəffaflıq artırılır.

Chosen
11
1
far.az

2Sources