EN

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq çərçivəsində birgə 2 peşə təhsili müəssisəsi yaradılacaq

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq çərçivəsində birgə 2 peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin təşkili və təhsilverənlərlə iş şöbəsinin sektor müdiri Könül Ələkbərova Azərbaycan və Türkiyənin peşə təhsili sistemlərinin qarşılıqlı təcrübə mübadiləsi mövzusunda dəyirmi masada deyib.

O bildirib ki, təhsilalanların dərslik təminatının yaxşılaşdırılması məqsədilə türk dilindən müxtəlif ixtisaslar üzrə 47 dərsliyin Azərbaycan dilinə uyğunlaşdırılması planlaşdırılır.

 

Chosen
14
azertag.az

1Sources