ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
"Sabah" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.
525.az xəbər verir ki, raundun püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Səpələnməmişlər səbətində yer alan paytaxt təmsilçisinin 8 potensial rəqibi var.
Bunlar Hapoel” (Beer-Şeva, İsrail), "Şaxtyor” (Donetsk, Ukrayna), “Partizan” (Serbiya), “Legiya” (Polşa), ÇFR (Kluj, Rumıniya), "Spartak" (Trnava, Slovakiya), "Sele" (Sloveniya) və “Şerif” (Moldova) klublarıdır.
Qeyd edək ki, "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.