Apasport saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi “Sabah"ın da rəqibi bəlli olacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Səpələnməmişlər səbətində yer alan paytaxt təmsilçisinin 8 potensial rəqibi var.
Bunlar Hapoel” (Beer-Şeva, İsrail), "Şaxtyor” (Donetsk, Ukrayna), “Partizan” (Serbiya), “Legiya” (Polşa), ÇFR (Kluj, Rumıniya), "Spartak" (Trnava, Slovakiya), "Sele" (Sloveniya) və “Şerif” (Moldova) klublarıdır.
Qeyd edək ki, "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.
DÇ: Messinin komandasından uğursuz start
Messinin komandası bu gün ilk matçına çıxacaq
Klublararası dünya çempionatı bu kanallarda yayımlanacaq
DÇ-2026: Uruqvay, Boliviya və Braziliyadan qələbə
Depay Van Persiyə çatdı - 50 qol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.