EN

Gürcüstan Milli Təhlükəsizlik Şurasını ləğv edir

Gürcüstan hökuməti Milli Təhlükəsizlik Şurasının ləğvi ilə bağlı parlamentə müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

"Təklif edilən dəyişikliyə əsasən, Milli Təhlükəsizlik Şurası 2025-ci il sentyabrın 1-dən ləğv ediləcək və onun səlahiyyətləri parlament idarəetmə modelinə uyğun olaraq Gürcüstan hökuməti tərəfindən həyata keçiriləcək. Parlament tərəfindən təsdiq olunacağı təqdirdə, Gürcüstanın "Milli təhlükəsizlik siyasətinin planlaşdırılması və əlaqələndirilməsi haqqında" qanununa müvafiq düzəlişlər ediləcək", - məlumatda deyilir.

Departamentdən verilən məlumata görə, dəyişikliklərə əsasən, Milli Təhlükəsizlik Şurasının ləğvi üçün xüsusi komissiya yaradılacaq. Onun tərkibini və səlahiyyətlərini hökumət müəyyən edəcək.

Chosen
6
publika.az

1Sources