EN

17 ölkənin 600 vətəndaşı İrandan Astaraya təxliyə edilib

17 ölkənin vətəndaşları Azərbaycan ərazisindən keçməklə İrandan təxliyə edilib.

Humanitar dəhliz artıq 5 gündür fəaliyyət göstərir.

Hazırda 600-dən çox insan Astara keçid məntəqəsindən maneəsiz keçə bilib.

İrandan təxliyə edilənlər arasında MDB ölkələri: Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan vətəndaşları da var.

Həmçinin müraciətlər əsasında Avropa ölkələrinin – Almaniya, İspaniya, İtaliya, Serbiya, Rumıniya və Portuqaliya vətəndaşları təxliyə edilib.

Vətənə göndərilən xarici vətəndaşlar arasında ABŞ, BƏƏ, Çin və Vyetnam vətəndaşları da olub.

Chosen
8
1
moderator.az

2Sources