EN

İranda ölənlərin sayı artdı İsrailə hücumlar güclənir...

Sitat.info portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrailə hücumlar bir neçə saatdan sonra güclənəcək. Yüzlərlə pilotsuz təyyarənin yeni dalğası İsraili vuracaq.

Sitat.info xəbər verir ki, iyunun 13-də İsrailin İrana qarşı başlatdığı hücum və İranın cavab tədbirləri ilə başlayan müharibə 5-ci gündür davam edir.

İsrail İran Dövlət Televiziyasına zərbə endirdikdən sonra İran tərəfi ardıcıl bəyanatlar verib və nəhayət, bu ölkəyə 9-cu raket hücumu dalğasına başladığını bəyan edib. İsrail Hayfa şəhərindəki neft emalı zavodunu və elektrik stansiyasını bağlayıb.

İsrailin hücumları nəticəsində indiyədək İran Baş Qərargah rəisi Baqeri və İnqilab Keşikçiləri Korpusunun komandanı Səlami kimi yüksək səviyyəli hərbi rəsmilər də daxil olmaqla ən azı 224 nəfər həlak olub, 1277 nəfər yaralanıb.

İran da İsrailin “Yüksək Aslan” hücumuna cavab olaraq “Əsl vəd 3” adlandırdığı cavab tədbiri həyata keçirib.

İranın İsrailin "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemini pozması nəticəsində İsraildə 24 nəfər həyatını itirib, 592 nəfər isə yaralanıb.

Nigar,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
sitat.info

2Sources