EN

İsrail-İran qarşıdurması qlobal bazarda neft qiymətlərinə təsir edə bilər - Bayraktar

Bakı, TurkicWorld

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İsrail və İran arasında artan gərginliyin qlobal neft təchizatına mümkün təsirlərini şərh edib. O bildirib ki, hazırda Türkiyənin enerji təchizatında hər hansı bir təhlükə və ya çatışmazlıq müşahidə olunmur.

TurkicWorld xəbər verir ki, nazir qeyd edib ki, İranla qaz idxalı davam edir və bu sahədə də problem gözlənilmir "Arz təhlükəsizliyində hər hansı bir problem görmürük. İran qazını alırıq, amma 2019-cu ildən bu yana İrandan neft almırıq. Qaz təchizatında da problem yoxdur."

Alparslan Bayraktar, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Prezident Aparatında keçirilən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən əlavə edib ki, İsrail-İran qarşıdurması qlobal bazarda neft qiymətlərinə təsir edə bilər.

"Bu vəziyyət dünya üzrə təchizata mənfi təsir göstərə bilər. Qiymətlər artıq buna reaksiya verməyə başlayıb və bir qədər yüksəlib. Daha da qalxması mümkündür. Ancaq təchizat tərəfində hər hansı problem görmürük."- deyə Bayraktar vurğulayıb.

Qeyd edək ki, iyunun 13-də İsrail ordusu İranın nüvə obyektləri və hərbi rəhbərliyini hədəf alan genişmiqyaslı hücuma başlayıb. Həmin hücum nəticəsində İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun komandanı, yüksək rütbəli hərbçilər və 9 nüvə alimi həlak olub. Mülki itkilərin ümumi sayı 224 nəfər olaraq açıqlanıb.

İran bu hücuma cavab olaraq İsrailə ballistik raketlər atıb. Bu qarşı hücumlar nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yanaralandığı bildirilib.

Chosen
1
turkic.world

1Sources