EN

Klublararası dünya çempionatı: "Borussiya Dortmund" ilə "İnter" ilk sınağına çıxır

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, ilk dəfə yeni formatda keçirilən yarışın dördüncü günündə daha 4 oyun baş tutacaq.

Qarşılaşmalardan ikisi Bakı vaxtı ilə bu axşam, digər ikisi isə gecə saatlarında başlayacaq.

Əvvəlcə F qrupunda yer alan "Borussiya Dortmund" ilə Braziliyanın "Fluminense" komandası üz-üzə gələcək. Görüş saat 20:00-da başlayacaq. Bu qrupun digər matçı - "Ulsan" (Cənubi Koreya) - "Mamelodi Sandaunz" (CAR) qarşılaşması gecə saat 02:00-də oynanılacaq. 

E qrupunda isə əvvəlcə "River Pleyt" (Argentina) ilə "Urava Reds" (Yaponiya) münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunun start fiti saat 23:00-da səsləndiriləcək. Bakı vaxtı ilə saat 05:00-da isə "Monterrey" (Meksika) - "İnter" (İtaliya) görüşü başlayacaq.

Klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.

Mirağa

Chosen
7
5
fanat.az

6Sources