EN

Çimərlikdə batmamaq üçün nə etməli? Vacib təhlükəsizlik qaydaları

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yay mövsümündə insanların ən çox üz tutduğu istirahət məkanlarından biri də çimərliklərdir.

Lakin dənizdə istirahət edərkən bəzi təhlükələr, xüsusilə də batma riski ciddi narahatlıq doğurur. Mütəxəssislər xəbərdarlıq edir: sadə təhlükəsizlik qaydalarına əməl etməklə həyatınızı xilas edə bilərsiniz.

BAKU.WS sözügedən qaydaları təqdim edir:

1. Üzmə bacarığınız yoxdursa, dərinliyə getməyin

Hər kəs peşəkar üzgüçü deyil. Üzməyi zəif bilənlər üçün çimərliyin dayaz hissəsində qalmaq, təhlükəsizliyə önəm vermək vacibdir. Özünüzə güvənmədiyiniz halda riskə girməyin.

2. Xilasedici olan çimərlikləri seçin

Rəsmi və nəzarətli çimərliklərdə xilasedicilər olur. Hər hansı təhlükə zamanı bu, sizin üçün həyat məsələsi ola bilər.

3. Rip cərəyanlarına diqqət edin

Rip cərəyanı – sahildən dənizə doğru güclü axındır. Əgər bu axın sizi aparırsa, qarşıya deyil, yan istiqamətdə (sahilə paralel) üzmək lazımdır. Əks halda tez yorulub batmaq təhlükəsi yaranır.

4. Alkoqollu içki içib suya girmək olmaz

Alkoqol insanın reflekslərini zəiflədir, oriyentasiya və tarazlığını pozur. Bu da batma riskini ciddi şəkildə artırır.

5. Suya tək girməyin

Ən təhlükəsiz yol – yaxınlarınızla birlikdə dənizə girməkdir. Kimsə çətin vəziyyətə düşərsə, digəri kömək edə bilər.

6. Hava şəraitinə və xəbərdarlıqlara diqqət edin

Dalğalı hava, külək və ya qasırğa təhlükəsi varsa, dənizə girmək qətiyyən məsləhət deyil. Hər zaman çimərlikdəki xəbərdarlıq bayraqlarına baxın.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
baku.ws

2Sources