EN

Qaradağda Milli Qurtuluş Günü ilə bağlı bayram tədbiri Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Qaradağ rayonunda geniş bayram tədbiri təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirə rayon sakinləri böyük maraq göstəriblər. Əllərində Azərbaycan bayraqları olan yüzlərlə insan tədbirə toplaşaraq birlik və həmrəylik nümayiş etdiriblər.

Bayram tədbirində vətənə, dövlətçiliyə və milli birliyə həsr olunmuş mahnılar ifa edilib. Səhnənin fonunda nümayiş olunan Ümummilli Lider Heydər Əliyevin portreti və “15 İyun - Milli Qurtuluş Günü” yazısı tədbirin əhəmiyyətini xüsusi vurğulayıb.

Axşam saatlarında isə bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb. Səmaya yüksələn parlaq fişənglər iştirakçılara unudulmaz anlar yaşadıb, bayram əhval-ruhiyyəsini daha da artırıb.

Qeyd edək ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və sabitliyin təmin olunması baxımından mühüm tarixi əhəmiyyətə malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
4
qafqazinfo.az

6Sources