EN

Dilan Polatın cangüdəni güllələndi FOTO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dilan Polatın şəxsi mühafizəçisi Alper Ş. Ümraniyədə yerləşən özəl xəstəxananın qarşısında silahlı hücuma məruz qalıb.

Milli.Az xəbər verir ki, hadisə Tevfik İleri küçəsində, Yamanevlər məhəlləsində baş verib.

Məlumata görə, hücum edən şəxs gün ərzində Polatın müalicə aldığı xəstəxananın qarşısında gözləyib. Şübhəli telefonla Alper Ş.-ni bir müddət məşğul etdikdən sonra, o, maşına minmək üzrə olarkən atəş açaraq hadisə yerindən qaçıb.

Açılan atəş nəticəsində 3 güllə Alper Ş.-nin bədəninə dəyib. Yaralı mühafizəçi dərhal Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb və müalicə altındadır.

Hadisə ilə bağlı araşdırma davam edir.

Fidan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
1
news.milli.az

2Sources