EN

Növbəti sertifikasiya imtahanı bu fənnlərdən KEÇİRİLƏCƏK - RƏSMİ QƏRAR

Yaxın vaxtlarda Coğrafiya, İnformatika, Fizika, Kimya və Biologiya fənləri üzrə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə sertifikasiya imtahanı təşkil olunacaq.

News24.az xəbər verir ki, Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, imtahana adıçəkilən fənlər üzrə müəllimlər dəvət olunur:

"Bu fənlər — İnformatika, Coğrafiya, Fizika, Kimya və Biologiya — şagirdlərdə elmi düşüncə tərzinin, analitik təhlil qabiliyyətinin və müşahidəçilik bacarığının formalaşmasında mühüm rol oynayır. Bu fənlər yalnız nəzəri bilikləri deyil, eyni zamanda həyati hadisələrə elmi yanaşmanı aşılayır, gələcəkdə mühəndislik, tibb, ətraf mühitin qorunması kimi sahələrdə ixtisaslaşmaq istəyən şagirdlər üçün möhkəm təməl yaradır".

"Məhz bu səbəbdən təbiət fənləri üzrə dərs deyən müəllimlərin peşəkarlıq səviyyəsinin mütəmadi olaraq qiymətləndirilməsi və onların tədris keyfiyyətinin artırılması xüsusi əhəmiyyət daşıyır. Sertifikasiya prosesi isə bu istiqamətdə atılan vacib addımlardan biridir. Bu həm müəllimlərin inkişafına, həm də şagirdlərin daha keyfiyyətli təhsil almasına xidmət edir".

Aqil Qarayev

Chosen
4
news24.az

1Sources