EN

Xankəndi şəhəri yaxın vaxtlarda modern yaşayış məntəqəsinə çevriləcək

Ağdam.Trend:

İşğaldan azad olunmuş Xankəndi şəhəri hazırda böyükabadlıq-quruculuq meydanını xatırladır. Şəhərdə əsaslı bərpa,yenidənqurma işləri gedir. Xankəndi şəhəri yaxın vaxtlarda müasirşəhərə, modern yaşayış məntəqəsinə çevriləcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusinümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.

O, bildirib ki, hazırda Xankəndi şəhərinin müxtəlif küçə vəprospektlərində geniş miqyasda bərpa-yenidənqurma işləriaparılır:

"Çoxmənzili yaşayış binaları təmir edilir, Zəfər parkı tikilir.Bundan başqa Xankəndi şəhərinə Şuşadan kanat yolu da çəkiləcək.Avtomobil yolları da yenidən qurulur. Görülən işlər onu deməyə əsasverir ki, Xankəndi yaxın gələcəkdə müasir şəhərlərdən biri olacaq.Bu isə bura həm yerli, həm də xarici turistlərin axınına səbəbolacaq. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında sahibkarlıqfəaliyyətinə də xüsusi diqqət yetirilir. Bu bölgəyə sahibkarlartərəfindən bu günədək 45 milyon manat investisiya qoyulub. Bu dabölgəyə mərhələli şəkildə köç edəcək keçmiş məcburi köçkünlərinməşğulluq məsələlərinin həllində xüsusi imkan yaradacaq".

Məqalədə:
Chosen
1
5
az.trend.az

6Sources