"Mançester Yunayted"in yarımmüdafiəçisi Ceydon Sanço karyerasını İtaliyada davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Ffutbolçu ilə "Napoli" maraqlanır.
25 yaşlı futbolçunun bazar dəyəri 30 milyon avroya yaxındır.
Sanço ötən mövsüm icarə əsasında "Çelsi"də oynasa da, London klubu futbolçunu almayaraq 5 milyon funt-sterlinq cərimə ödəməyi seçmişdi.