EN

Son Zəng qalmaqalı davam edir: Sərt qadağalar gətirilməlidir

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son Zəng tədbirlərində şagirdlərin davranışları yenə müzakirə mövzusuna çevrilib. Üzərində narkotik yarpağı, oğru aləminə məxsus müxtəlif simvolların olduğu köynəkləri geyinən məzunlar bu il də gözdən qaçmadı. Bu il ən çox diqqəti "Tiktok"da əxlaqsızlığı təbliğ edən şəxslərin adlarının yazılı olduğu köynəkləri geyinən məktəblilər çəkib. 

Dünyanın bir çox ölkəsində fərqli musiqilərə, simvollara qadağa qoyulub. Bizdə isə məsələyə hələ də nəzarət sistemi yoxdur. Problemlə bağlı sosioloq Elçin Bayramlı fikirlərini Demokrat.az-la bölüşüb.O açıqlamasında bildirib ki, Son Zənglə bağlı hər il daha betər mənzərələr görürük:"Bu o deməkdir ki, biz özümüzdən sonra tərbiyəli nəsil yetişdirmək fikrində deyilik. Gənclər dünya görüşü, insani keyfiyyətləri aşağı olan şəxslər kimi formalaşırlar. Bunun da adını müasirlik, azadlıq qoymuşuq. Məsələdə günah yalnız valideynlərdir, çünki məktəbin əlindən tərbiyə etmək funksiyası alınıb. Müəllimlərin şagirdlərinə tərbiyə vermək haqqı əlindən alınıb. Yeni yetişən gəncliyin Azərbaycanın milli mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur. Məktəblər formal olaraq "divarlar kompleksi" funksiyasını oynayır. Standart test suallarını əzbərləməklə bal yığmağa çalışan məzunlar kütləsi var".Onun sözlərinə görə, təhsil çoxdan məhv olub və tərbiyə sistemi də buna doğru gedir:"Dünyada qlobal qüvvələrin internet vasitəsilə yetişdirdiyi nəslin adını "Z" nəsli qoyublar. Əlimizə fərqli bəhanələr verib, gənc nəsli gözlərimizin önündə məhv edirlər. 5,6,7 yaşlı uşaqlara valideyn şərait yaradır ki, internetə sərbəst şəkildə qoşula bilsinlər. Maarifləndirmə, nəzarət sistemi artıq söz yığınıdır. Bütün bunları aradan qaldırmaq üçün sərt qadağalar lazımdır. Özəl kanallar ləğv edilməli, zərərli internet resursları bağlanmalı, 16 yaşa qədər uşağa smartfon verilməməli, tiktokerlər, səmərəsiz blogerlər həbs olunmalıdır. Bəzi ölkələrdə olduğu kimi düzgün tərbiyə verə bilməyən ailələrin əlindən uşaqlar alınmalıdır, müəllimlər şagirdlərin tərbiyəsi üzərində salahiyyətə sahib olmalıdır. Bu dediklərimiz olmasa, gəncliyimiz, milli mənəviyyatımız məhv olacaq. Başqa yolumuz yoxdur".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
1
demokrat.az

2Sources