EN

İran və İsraildə ölən və yaralananlar arasında azərbaycanlılar var? - XİN-dən AÇIQLAMA


İsrailin və İranın qarşılıqlı hava hücumları nəticəsində hər iki ölkədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə səfirlik və konsulluqlarımıza məlumat daxil olmayıb.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 9 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb

Chosen
8
4
baki-xeber.com

5Sources