EN

Şabranda avtomobil ustası faciəvi şəkildə HƏYATINI İTİRDİ

Şabran rayonunda avtomobil ustası faciəvi şəkildə ölüb.

Bizim.Media xəbər verir ki, hadisə iyunun 16-sı saat 12 radələrində rayonun Sincanboyad kəndindəki avtomobil təmiri sexində baş verib.

Sexdə usta işləyən Şabran şəhər sakini, 1971-ci il təvəllüdlü Ədalət Şövlət oğlu Nəcəfov "Mercedes" markalı yük avtomobilini qurğu üzərində təmir edərkən avtomobil həmin qurğudan sürüşüb divara çırpılıb.

Hadisə nəticəsində usta yük avtomobili ilə divar arasında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bizim.Media

Chosen
2
2
bizim.media

3Sources