GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiq edib.
Globalinfo.az xəbər verir ki, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün pensiya təminatı sistemi təkmilləşdirilir.
Belə ki, uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, orqanizmin funksiyalarının 81-100% pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunacaq.
Qaydanın tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.
Həmçinin Azərbaycanda mülki aviasiyada uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərin sığorta stajlarının hesablanması qaydasının müəyyənləşdirilməsinin Nazirlər Kabinetinə (NK) həvalə edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.