EN

İspaniya klubunun futbolçusu millimizdə

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə yeni futbolçu cəlb edilib.

Msport.az xəbər verir ki, İspaniyanın “Marcet” klubunun yarımmüdafiəçisi Ranar Qazibəyov milliyə dəvət olunub.

Qeyd edək ki, U-16 iyunun 15-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq. Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv hazırlıq çərçivəsində iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

Chosen
13
5
msport.az

10Sources