EN

Qrizmann 4-cü dəfə ata oldu, ailə ənənəsi pozuldu

Madrid “Atletiko”sunun 34 yaşlı fransalı mərkəz hücumçusu Antuan Qrizmann dördüncü dəfə ata olması sevincini yaşayıb.

Arena.az məlumat verir ki, iyunun 15-də Qrizmanlar ailəsinin daha əvvəl üç körpəsini dünyaya gətirmiş sevimli həyat yoldaşı Erika Çoperena, Antuana daha bir körpə bəxş edib.

Valideynlər qızcığazın adını Şay qoyublar. Maraqlıdır ki, Şay ailə ənənəsini “pozub”. Belə ki, Qrizmanlar ailəsinin əvvəlki üç körpəsi aprel ayının 8-də, amma müxtəlif illərdə dünyaya gəliblər: ilk qızcığaz Mia 2016-cı ildə, sonra oğlu Amaro 2019-cu ildə, ardınca isə qızı Alba 2021-ci ildə doğulub. Şay isə, məlum olduğu kimi, “dəcəllik” etməsi ilə diqqət çəkib.

Qrizmann ailə sevincini özününü sosisal şəbəkə hesabları üzərindən paylaşıb:

“İyunun 15-də Şay doğulub – bizim naxışımızın daha əvvəl çatışmayan bir hissəsi”, – Antuan sevinclə yazıb.

Chosen
7
arena.az

1Sources