EN

600 dən çox xarici vətəndaş İrandan Azərbaycana keçib

ain.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin hücumundan bəri İrandan Azərbaycana yüzlərlə xarici ölkə vətəndaşı keçib.

Sitat.info xəbər verir ki, bu barədə Əl-Jazeera yazır.

İsrail və İran arasında hərbi eskalasiya başlayandan bəri 17 ölkənin 600-dən çox vətəndaşı Azərbaycan üzərindən İrandan təxliyə edilib” - deyə xəbərdə qeyd edilib. Bildirilib ki, Astara keçid məntəqəsi vasitəsilə sərhədi keçən şəxslər Bakı hava limanına aparılaraq “beynəlxalq reyslərlə öz ölkələrinə göndərilir.

Təxliyə edilənlər arasında Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, həmçinin Almaniya, İspaniya, İtaliya, Serbiya, Rumıniya, Portuqaliya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Çin və Vyetnam vətəndaşları var.

Nigar,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
1
sitat.info

2Sources