EN

Ölkədə boşananların sayı azalıb

2025-ci ilin dörd ayında Azərbaycanda 14 min 953 nikah və 6 min 784 boşanma halları qeydə alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  nikahların sayı 4,1-dən 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınıb.

Statistikaya nəzər salsaq, 2023-cü ildə 21 688, 2022-ci ildə 15 983, 2021-ci ildə 17 191, 2020-ci ildə isə 14 628 boşanma qeydə alınıb. Boşanma nisbəti 2023 və 2024-cü illərdə 2.1 səviyyəsində olub.

Aytac

Chosen
2
anews.az

1Sources