EN

"İran və İsrail arasında gərginlik yeni mərhələyə keçib"- Politoloq

"İran və İsrail arasında gərginlik yeni mərhələyə keçib".

Politoloq Əli Mustafa bu sözləri News365.az-a açıqlamasında deyib. 

Bu bölgə ilə bağlı müxtəlif ehtimallar irəli sürülür.

Politoloq Əli Mustafanın sözlərinə görə, iki çay arasındakı ərazidə yeni bir dövlətin yaradılması ilə bağlı müəyyən planlar mövcuddur. O bildirir ki, xüsusilə qlobal güclərin, eləcə də kürəsəlçi dairələrin bu bölgədə fərqli bir qütb formalaşdırmaq niyyəti var. Onların fikrincə, bölgə bütün müsəlman dünyasının qütb mərkəzi ola bilər.

Əli Mustafa qeyd edir ki, İran və İsrail artıq bir-birinin əsas hədəfinə çevriliblər. Bu, ilk deyil — artıq üçüncü dəfədir ki, iki ölkə arasında ciddi gərginlik müşahidə olunur. Əvvəlki hallarda İran müəyyən cavablar versə də, proses bir müddət sonra dayanırdı. Lakin bu dəfə vəziyyət fərqlidir.

Politoloqun sözlərinə görə, İranın bir çox nüvə alimləri və fizika üzrə mütəxəssisləri ölkə daxilində hədəf alınıb. Bu, göstərir ki, İsrailin həyata keçirdiyi əməliyyatlar daha genişmiqyaslı və əvvəlcədən planlaşdırılmış olub. O iddia edir ki, İsrail bir neçə ay əvvəl bu əməliyyatlara başlayıb və dronlar vasitəsilə zərbələr endirilib.

Əli Mustafa bildirir ki, tərəflər arasında münasibətlər artıq dözümlülük mərhələsini keçib və açıq qarşıdurma təhlükəsi gündəmdədir

Chosen
3
news365.az

1Sources