Rusiya rusların İrandan çıxarılması üçün şərait yaratdığına görə Azərbaycana minnətdardır.
"Unikal" xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bizim azərbaycanlı dostlarımız da ən əlverişli şəraiti (evakuasiya üçün - red.) yaradırlar, buna görə biz onlara çox minnətdarıq", - o, bildirib.
Peskov həmçinin qeyd edib ki, Rusiyanın Tehrandakı səfirliyi İsraillə münaqişə fonunda rusların İrandan çıxarılması məsələsi üzərində işləyir.
Gülayə Mecid