Demokrat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumat verib.
Onun sözlərinə görə, zərərçəkmiş qadın sosial şəbəkədə yardım topladığı zaman dələduzların qurbanına çevrilib.
Belə ki, naməlum nömrədən zəng edən şəxs özünü ABŞ-də yaşayan xeyriyyəçi kimi təqdim edərək, guya, 5000 dollar yardım edəcəyini bildirib və bu məqsədlə qadından bank kartı məlumatlarını istəyib.
Qadın məlumatları qarşı tərəfə göndərdikdən sonra onun hesabındakı 3146 manat talanıb.
Nazirlik vətəndaşlara növbəti dəfə müraciət edərək bu kimi hallarda ehtiyatlı olmağa çağırıb: “Bank kartınızın nömrəsi, CVV/CVC kodu, istifadə müddəti və SMS-lə gələn birdəfəlik şifrələri heç kəslə, heç bir halda paylaşmayın. Heç bir bank və ya xeyriyyəçi şəxsi kart məlumatlarınızı istəməz. Naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin. Şübhəli hallar zamanı dərhal bankınıza və polisə məlumat verin. Yardım etmək istəyən şəxs heç vaxt sizdən kart məlumatı istəməz, unutmayın, bu, dələduzların ən yayılmış üsuludur”.
10Sources
-
moderator.azBeş min dollarlıq yardım yalanına inandı, pullarını itirdi ( 18338131)
-
sfera.azSosial şəbəkədə yardım toplayan qadın dələduzların qurbanı oldu ( 18330994)
-
azpost.info5 min dollarlıq yardım yalanına inandı, pullarını itirdi ( 18329347)
-
hit.az5 min dollarlıq yardım yalanına inandı, pullarını itirdi ( 18329089)
-
demokrat.az5 min dollarlıq yardım yalanına inandı, pullarını itirdi ( 18327508)
-
cebheinfo.az5 min dollarlıq yardım yalanına inandı: Pullarını itirdi ( 18327232)
-
milliyol.az5 min dollarlıq yardım yalanına inandı, pullarını itirdi ( 18326689)
-
qafqazinfo.az5 min dollarlıq yardım yalanına inandı, pullarını itirdi ( 18325822)
-
azxeber.comSosial şəbəkədə yardım toplayan qadın dələduzların qurbanı oldu ( 18325447)
-
qafqazinfo.az5 min dollarlıq yardım yalanına inandı, pullarını itirdi ( 18325198)