EN

Röyanın səhhətində PROBLEM YARANIB?

News24 saytına istinadən ain.az xəbər verir.

Xalq artisti Röyalə Nəcəfovanın (Röya Ayxan) səhhətində problem yaranması ilə bağlı məlumat yayılıb.

News24.az xəbər verir ki, manşet.az müğənninin səhhəti ilə bağlı paytaxtda yerləşən özəl klinikalardan birinə müraciət etdiyini və həkim müayinəsindən keçdiyini yazıb.

Oxu.Az-a açıqlama verən Xalq artisinin köməkçisi onun səhhətində heç bir problem olmadığını bildirib:

"Xalq artisti Röya Ayxanın səhhətində hər hansı bir problem yoxdur. Hazırda o, özünü yaxşı hiss edir. Sadəcə olaraq sənətçinin atasının səhhətində problem yaranıb, ona görə də Röya xanım xəstəxanaya gedərək atasına baş çəkib", - deyə açıqlamada bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
10
news24.az

10Sources