EN

U-16 millimizə İspaniyadan daha bir dəvət

Təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-16) heyətinə yeni futbolçu cəlb edilib.

Arena.az xəbər verir ki, İspaniyanın “Marset” klubunun yarımmüdafiəçisi Ranar Qazibəyov milliyə dəvət olunub.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, millimiz iyunun 15-dən başlayaraq təlim-məşq toplanışına başlayıb. Komandamız ayın 21-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq. Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv hazırlıq çərçivəsində iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

Chosen
5
2
arena.az

10Sources