EN

İsrail-İram müharibəsi nə qədər çəkəcək?

"İranla İsrail arasındakı müharibənin bir müddət davam edəcəyi gözləniləndir".

Bu sözləri artıq bir neçə gündür İranla İsrail arasında davam edən gərginliyini şərh edən hərbi ekspert Tərlan Eyvazov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu vaxta qədər İsraillə İran arasında olan münaqişələr kiçik həcmli olurdu. Əvvəl İsrail xəbərdarlıq kimi zərbə endirirdi, İran isə cavablar verirdi. Lakin hazırkı münaqişə uzunmüddətli oldu:

"Nəticədə çox böyük itkilər var. Xüsusən də İranın hərbi qüvvələrinin kapitanları, generalları öldürülüb, müəyyən bazalar dağıdılıb. İran mütləq bu itkilərə cavab verəcək”.

Müsahibimizə görə, lakin sonrakı mərhələdə vəziyyətin nə qədər davam edəcəyini söyləmək çətindir. Ekspert hesab edir ki, dünyanın böyük qüvvələri, ABŞ, Ərəb ölkələri, Çin və Rusiya adekvat münasibət bildirərək müəyyən şərtlər daxilində İranla İsraili dayandıra bilsələr, münaqişə bitə bilər:

“İranın cavab zərbələrindən sonra İsrail davamlı şəkildə hücumlarını davam etdirəcəksə, İranın da susmayacağı təbiidir və bu halda məğlubiyyət kartını qaldırmayacaq. Bu iki ölkənin su və quru sərhədləri yoxdur. Ona görə də ancaq raket və hava zərbələri ilə bir-birinə qarşı döyüşə bilir".

Tərlan Eyvazov: Razılaşma olarsa, İsrail gündəmdən düşə, ABŞ-nin yardımından məhrum ola bilər

T.Eyvazovun fikrincə, İsrail baş tutan danışıqlardan narazıdır. Yəni, İranla Qərb və Amerika arasında hansısa razılaşmanın olmasını istəmir.

"Əgər razılaşma olarsa, İsrail gündəmdən düşə və ABŞ-nin yardımından məhrum ola bilər. İranla İsrail arasındakı müharibənin bir müddət davam edəcəyi gözləniləndir. Bu müharibə tərəflərdən birinin daha ciddi itkiylə üzləşməsindən sonra dayana bilər. Əslində dayanmalı olan tərəfdir. Çünki İranın İsrail ərazilərini işğal etmək kimi planı və gücü yoxdur", - ekspert qeyd edib.

Gülşən Şərif

Chosen
4
bakivaxti.az

1Sources